AZ

Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O, “Züleyxa”, “Təhminə”, “Kleopatra”, “Şölə” və s. bu kimi obrazları ilə səhnəyə çıxan xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır! İllərdir efirlərdən və mətbuatdan uzaq düşən aktrisa bu gün doğum gününü qeyd edir. Nadir hallarda müsahibəyə razı olan sənətkar əlamətdar günündə özəl olaraq Moderator.az-a açıqlama verib.
 
 
“Hər il ilk təbriki əzizlərimdən, doğmalarımdan, ürəklərində hər zaman olduğum insanlardan alıram. Özü də gecə saat 1-ə 1 dəqiqə işləmiş. Ailə üzvlərimin ünvanıma söylədiyi xoş sözlər məni fərəhləndirir. Dostlarım, hətta mənim gənclik illərimdən rəfiqəlik etdiyim şəxslər, xarici ölkədə yaşayan tanışlarım bu gün mənə zəng edib. Müharibədən və pandemiyadan sonra doğum günlərimi elə də təntənəli qeyd etmirəm. Bir o qədər də həvəsli deyiləm. Bu gün mən Allahlayam. Bu günü özümə həsr edirəm”, - deyə sənətkar bildirib.
 
Xalq artisti filmlərdə çəkilməməyimin səbəblərindən də danışıb:
 
 
“Əgər mən unudulmuramsa demək ki, həyatda nəyəsə nail olmuşam. Heç vaxt özümü sənətdə sevməmişəm, sənətimi özümdə sevmişəm. Hətta tələbələrimə də bunu deyirdim ki, sənəti sevin. Sənəti sevsəniz onun bəhrəsini görəcəksiniz. Ümumiyyətlə həyatda nə edirsənsə sevə-sevə etməlisən. Allaha qurban olum. İndiyə kimi tanınıram. Hara gedirəmsə tanıyırlar, sevdiklərini söyləyirlər, şəkil çəkdirirlər. Əvvəl avtoqraf yazırdın, idni artıq telefonlar var. Şəkil çəkdirirlər. Hardasa yaxşı çıxırsan, hardasda pis (gülür). Artıq gənclik illəri deyil. Yenə də təkrar edirəm ki, işimi sevirəm. Amma əfsuslar olsun ki, maraqlı ssenari yoxdur. Məni maraqlandıran nəsə olsa böyük məmnuniyyətlə çəkilərəm də, efirlərə də çıxaram. Yetər ki, mənə maraqlı olsun. O material məni inandırsın, özünə cəlb etsin. Əgər belə olsa mən də sevə-sevə bu işi görərəm. Heç nə yoxdursa çıxıb özümü göstərmək istəmirəm. İndiyə qədər oynadığım obrazlarımın hamısı yadda qalıb. Hətta bəzən bu gün mənə görüntülər yollayırlar. Düşünürəm ki, bu obrazın adı nə idi? Yadımdan çıxıb. Maşallah olsun, o qədər çox rollar oynamışam ki, məni sevənlərin yaddaşında qalıb, amma mən unutmuşam. Bütün rollarım mənim üçün əziz olub, doğma olub”.
 
Sənətkar bildirib ki, Akademik Milli Dram Teatrının səhnəsində xalq artisti Hökümə Qurbanovadan sonra Kleopatra obrazını məhz özü oynayıb:
 
 
“Hökümə xanım çox böyük sənətkar idi. Amma qızı, rəhmətlik Vəfa Fətullayevaya görə məni bir az qısqanırdı. “Kleopatra” tamaşasından sonra mənə yaxınlaşıb demişdi ki, “səhnəni sənə tapşıra bilərəm”. Mən onun böyüklüyünü bu zaman anladım. Təbii ki, bu sözlər mənim üçün çox böyük alqış idi”.
 
Onu da qeyd edək ki, sənətkar teatr fəaliyyəti ilə yanaşı uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub. Onun dərs dediyi tələbələrin əksəriyyəti bu gün ölkənin müxtəlif teatrlarında çalışır və filmlərə çəkilir. Biz də sevilən sənətkarı doğum günü münasibəti ilə ürəkdən təbrik edirik. Tamaşaçı alqışı sizi heç bir zaman tərk etməsin, əziz Zemfira xanım!
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11079
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6272
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6193
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6063
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5961
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5820
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4185
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3835
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3690
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3628
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3389
Sabah 20 dərəcə isti olacaq
3216
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3021
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2824
Röyanın biabırçı videosu yayıldı
2754
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2613
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2597
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2520
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2512
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2350