AZ

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

AFFA rəhbərliyi yeni mövsüm üçün plan qurur. Misli Premyer Liqasında komanda sayının 12-dək artırılması, reqlamentin dəyişməsi gündəmdədir.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, yekun qərar verilməyib. Amma müzakirələr məhz bunun ətrafındadır. Öncə daxili məsləhətləşmələr aparılır, məsələyə nöqtə İcraiyyə Komitəsinin mayın ortalarında (10-15-i aralığı) baş tutacaq iclaında qoyulacaq.

Say artırılandan sonra çempionatın keçirilmə qaydası da dəyişməlidir. İki dövrəlik yarışda oyun sayı həddindən artıq az olardı. 4 dövrə üçün zaman yetməz, 3 dövrə də münasib deyil. Bu səbəbdən 2 dövrəlik “altılıq” sisteminin tətbiqi planlaşdırılır. Lakin daha öncə bu praktikadan yararlanmışıq və xüsusilə ikinci “altılıq”la bağlı problemlər yaranıb. Məhz həmin komandalara stimul olması üçün variantlar haqda düşünülür, hansı pley-off qaydasından istifadə edilməsi müəyyənləşdirilir.

Reqlamentlə bağlı ən yaxşı varianta üstünlük verilməsinə çalışan AFFA rəhbərliyi hazırda klublardan gələcək təklifləri gözləyir. Ortaq məxrəc əldə edilməsə, 10 komandayla davam edilməsi, qarşıdakı illərdə 14 və ya 16 komandalı çempionatın təşkili mümkündür.

Klublara verilən dövlət yardımının məbləği də dəyişəcək. Hazırda hər klub ilə 3 milyon manat alır. Bir ara vəsaitin 5 milyonadək artırılması düşünülürdü. Sonradan bu variant unuduldu. İndi vergi xərclərinin artması üzündən həmin məbləğin 3,5 milyon olması, eyni zamanda klublara müxtəlif sponsorların cəlb edilməsi gündəmdədir.

Əvəzində AFFA rəhbərliyi aşağı liqaları gücləndirmək qərarı verib. İndiyədək I Liqa klubları illk 300 min manat dövlət yardımı aırdı. İndi bu məbləğin ikiqat artırılması, hətta 650-700 minə çatdırılması düşünülür. II Liqa təmsilçilərinə ayrılan vəsait də ikiqat olmalıdır. Bu, aşağı dəstə komandalarının böyüməsinə, Premyer Liqaya daha yaxşı vəziyyətdə gəlməsinə hesablanıb. Təsadüfi deyil, yardımın məbləği artırıldıqdan sonra infrastrukturun yaxşılaşdırılması üçün şərtlər qoyulacaq, maliyyənin müəyyən hissəsinin məhz həmin istiqamətdə xərclənməsi tələb ediləcək.

Bütün məsələlər hələlik müzakirə mərhələsindədir. Günü dəqiq təyin olunmayan İcraiyyə Komitəsinin iclasınadək fərqli təkliflər də ortaya çıxa bilər.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7701
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5173
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4922
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4718
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4476
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3695
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2985
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2728
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2709
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2648
Sabah 20 dərəcə isti olacaq
2614
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2262
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2207
Röyanın biabırçı videosu yayıldı
2102
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2075
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2030
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1777
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1696
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1591
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1589