AZ

İngiltərə çempionatı: "Arsenal" London derbisində "Çelsi"ni məğlub edib

"Arsenal "İngiltərə futbol çempionatının XXIX turunda "Çelsi" üzərində qələbə qazanıb.

"Report"un məlumatına görə, Londonun "Emirates" derbisi ev sahiblərinin xeyrinə 5:0 hesabı ilə başa çatıb.

Qarşılaşmada Kay Havertz və Ben Uayt dubl ediblər, digər qolu Leandro Trossard vurub.

Bu qarşılaşmadan snra Mikel Artetanın komandası 77 xal toplayıb və İngiltərə çempionatının cədvəlində liderdir, siyahıda ikinci yerdə "Liverpul" (74 xal) və "Mançester Siti" (73, ehtiyatda iki oyun) yer alır. "Çelsi" 47 xalla doqquzuncu pillədə qərarlaşıb.

Növbəti turda, aprelin 28-də" Arsenal "səfərdə" “Tottenhem" lə London derbisini keçirəcək," Çelsi "bir gün əvvəl"Aston Villa" ilə səfərdə görüşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
19
Mənbələr
Şərh ()
Bağla