AZ

Nüfuzlu şirkət Bakıdakı bu filialını bağlayır - DƏQİQLƏŞDİ

"Böyük Dördlük" audit şirkətlərindən biri olan “Deloitte&Touche”ın Azərbaycandakı filiallarından biri ləğv olunur.

"Ölkə.Az"ın məlumatına görə, "Deloitte&Touche Regional Consulting Services Limited" şirkətinin yerli filialı ləğv olunur.

Bu gündən etibarən sözügedən şirkətin ləğvetmə prosesinə başlanılıb.

Qeyd edək ki, "Deloitte&Touche Regional Consulting Services Limited" şirkətinin yerli filialı 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Kərimov Nuran Qüdrət oğludur.

Beynəlxalq şirkətin Azərbaycanda 21 ildən artıq fəaliyyət göstərən bir digər şirkəti “Deloitte&Touche” MMC Auditor Cəmiyyəti isə fəaliyyətini davam etdirir.

Xatırladaq ki, şirkət bir müddət əvvəl də "Deloitte&Touche Regional Consulting Services Limited" filialının ləğvi ilə bağlı elan versə də, daha sonra sözügedən elanı silmişdi. 

Könül
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla