AZ

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Bakı, 24 aprel, AZƏRTAC

Ötən ilin iyununda istifadəyə verilən Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada bu günədək 250-dən çox pasiyent müalicə alıb. Yarandığı gündən fəaliyyətini uğurla davam etdirən tibb müəssisəsində xəstələr arasında ölüm faktı qeydə alınmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının tərkibində fəaliyyət göstərən Modul tipli Vərəm Əleyhinə Xəstəxanada fəaliyyət dövrü ərzində 221-i kişi, 34-ü qadın olmaqla, 255 xəstə daxil olub. Onların böyük əksəriyyətinin, yəni 188 nəfərin müalicəsi tam başa çatıb və evə buraxılıb.

TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri Nəhmət Rəhmanovun sözlərinə görə, ümumilikdə 195 çarpayı fondu olan tibb müəssisəsinin stasionarında hazırda 76 nəfərin müalicəsi davam etdirilir.

Müasir tələblərə cavab verən və peşəkar tibbi heyətə malik xəstəxanada vərəmin diaqnostikası üçün əsas müayinələrdən hesab edilən bəlğəm analizlərinin müayinəsi məqsədilə “Bakterioloji laboratoriya” da yaradılaraq istifadəyə verilib. Bu laboratoriyada beynəlxalq standartlara uyğun avtoklav, havalandırma və müasir tipli sorucu şkaflar quraşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Aparıcı Aytənin bu görüntüsü HƏR KƏS AĞLATDI - VİDEO
405
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI (VİDEO)
342
Əyyar İmanov qəfil vəfat etdi
220
Saç boyaları təhlükəlidirmi?
151
Iranian MFA: We appreciate recent agreement reached between Azerbaijan, Armenia
145
"Onun sərtliyi bizi dimdik saxladı" - Sevgisini ailəsinə qurban verən qadın
136
Кремль отреагировал на слова Зеленского о переговорах с Москвой
135
Fortune: X sosial şəbəkəsi TV-lər üçün yutubun analoqunu işə salır
127
Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
117
Bu il Cəbrayıl şəhərinə köç olacaq, şəhər mərkəzində 33 yaşayış binası inşa edilir
115
Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır -ŞARL MİŞEL
102
14 yaşlı oğlan çayda boğulub
96
Nizamidə mənzildə meyit tapıldı
96
Görüntüləri gündəm olan idmançının məşqləri görün neçəyə imiş – VİDEO
80
Putinin fantaziyası Ukrayna ilə məhdudlaşmır - Barro
80
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
76
Saxta pullarla insanları aldatma halları artırVİDEO
75
Konfrans Liqası: "Fənərbağça" Belçikada qalib gəlib
72
Ağarmış saçlara son – Təbii üsullarla necə qaytarmaq olar?
72
YENİ RAZILAŞMA: Türkmənistan qazı Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatacaq - "Naxçıvana təbii qazı bu qış..."
49