AZ

“Ferentsvaroş” “Qarabağ”ın legionerindən imtina etdi

Macarıstanın “Ferentsvaroş” klubu “Qarabağ”ın futbolçusu Julio Romaonun transferindən imtina edib.

Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, Budapeşt təmsilçisi braziliyalı yarımmüdafiəçi üçün Ağdam klubuna yeni təklif göndərməyib.

Halbuki bir müddət öncə macarların “sambaçı”nı yayda heyətinə qatmağı planlaşdırdığı iddia olunurdu.

Qeyd edək ki, Romao “Qarabağ”a 2022-ci ilin iyulunda Portuqaliyanın “Santa-Klara” klubundan keçib. 26 yaşlı dayaq yarımmüdafiəçisinin Ağdam klubu ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla