AZ

Yuyulmağa verilən xalçanın arasından görün nə qədər qızıl çıxdı

Türkiyənin Siirt rayonunda xalça yuyan firmaya gətirilən xalçalardan birinin arasından təxminən 3 min manat (60 min lirə) dəyərində qızıl tapılıb.

Publika.az xəbər verir ki, Nurettin Can adlı şəxs evindəki xalçaları yuymaq üçün Doğan rayonundakı bir şirkətə təhvil verib. İş yerinin sahibi Sərvət Azğan xalçalardan birinin arasından qızıl tapıb. Azğan müştərisinə zəng edib məlumat verərək qızılları Cana çatdırıb.

Bənzər hallarla qarşılaşdıqlarını bildirən Azğan bunları deyib:

"Bu, bizim vətəndaşlıq borcumuzdur. Üzüklər, sırğalar və telefonlar xalçaların arasında unudulur. Belə hallarda müştərilərimizi müəyyənləşdirib əşyaları onlara çatdırdıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
31
Mənbələr
Şərh ()
Bağla