AZ

“ABŞ Türk Hava Yollarının uçuşlarına rusların buraxılmaması məsələsi ilə bağlı Meksikaya təzyiq edir”

“Rusların Türk Hava Yollarının Meksikaya uçan təyyarələrinə minməsinə mane olan səbəb Vaşinqtonun ölkə hakimiyyətinə təzyiqidir”.

KONKRET.az xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov xatırladıb ki, çətinliklər təkcə Türk Hava Yollarının Meksikaya uçan reyslərində yaranmır. “Bəzi digər Latın Amerikası ölkələrinə səyahət edən Rusiya vətəndaşları da bu problemlə üzləşiblər”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini bildirib.

“Ümumiyyətlə, bu qəbildən olan bir çox məsələlər tez bir zamanda həllini tələb edir”, – deyə o, əlavə edib: “Bunlar təkcə konsulluq məsələləri deyil, hər hansı bir şəxsin ayrılmaz hüququ kimi sərbəst hərəkət mövzusu ilə bağlı məsələlərdir.

Qeyd edək ki, fevralın sonundan etibarən Türk Hava Yollarının İstanbuldan Latın Amerikasına uçuşlarına rusların buraxılmaması halları daha tez-tez baş verir. Rusiyanın Ankaradakı səfirliyi çərşənbə axşamı səhər öz internet səhifəsində bildirib ki, şirkətə və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətlərə baxmayaraq, Türkiyə tərəfinin nümayəndələri baş verənlərin səbəbləri ilə bağlı heç bir yazılı izahat vermirlər.

Çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusların Türk Hava Yollarının reyslərində səyahət etməkdən imtina etməsi probleminin Moskva ilə Ankara arasındakı dostluq münasibətləri sayəsində həll olunacağına əmin olduğunu bildirib. Həmçinin, Rusiyanın Meksikadakı səfirliyindən TASS-a bildirilib ki, ölkə hakimiyyəti rusların türk aviaşirkətinin reyslərinə minməsinə mane olması problemi ilə məşğuldur.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7689
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5168
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4914
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4709
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4469
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3692
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2974
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2724
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2703
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2640
Sabah 20 dərəcə isti olacaq
2612
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2262
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2205
Röyanın biabırçı videosu yayıldı
2102
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2075
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2029
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1766
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1696
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1591
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1585