AZ

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

Vaşinqton, 25 aprel, AZƏRTAC

Qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında dinc aksiya keçirilib.

AZƏRTAC-ın ABŞ bürosu xəbər verir ki, aksiyada ABŞ-ın müxtəlif ştatlarından yüzlərlə diaspor nümayəndəsi iştirak edib. Nümayişdə Türkiyə və Azərbaycan bayraqları ucaldılıb, “Ermənistan sülh istəyir, ANKA isə yox”, “Türk diplomatları və ailələri ASALA terror təşkilatı tərəfindən öldürülüb”, “Türklərin öz yuvasını qoruması soyqırımı deyil”, “Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib” kimi süarlar səsləndilib. Qeyd olunub ki, türklər və azərbaycanlılar sülh istəyir və 1915-ci ildə baş verənlərə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir.

Türk-Amerikan Beynəlxalq Yönləndirmə Komitəsinin həmsədri Melih Bektaş bildirib ki, hər il olduğu kimi, bu gün ABŞ-ın müxtəlif ştatlarında yaşayan türklər erməni yalanlarını ifşa etmək üçün bir araya toplanıb. “BMT və hətta ABŞ Ali Məhkəməsinin bunun soyqırımı olmadığına dair qərarlarına baxmayaraq, siyasətçilərin yanlış yönləndirməsi ilə belə bir iddia ortaya atılıb. Amma həqiqət bu deyil. Bütün türk xalqını, türk millətlərini bir arada olmağa və bu yalanlara qarşı birlikdə hərəkət etməyə dəvət edirəm”, - deyə diaspor nümayəndəsi bildirib.

ABŞ-dakı Millennial Siyasi Mərkəzin təsisçi üzvü Vüqar Şahbazlı bildirib ki, erməni yalanları ilə mübarizə tək meydanda deyil, Konqres və siyasət meydanında da davam edəcək.

Daha sonra nümayiş iştirakçıları şüarlarını Azərbaycanın və Türkiyənin ABŞ-dakı səfirliklərinin qarşısından yürüməklə Şeridan dairəsindən keçən və Ağ evə doğru hərəkət edən erməni diasporuna qarşı səsləndiriblər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7701
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5173
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4922
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4718
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4476
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3695
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2984
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2727
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2708
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2648
Sabah 20 dərəcə isti olacaq
2614
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2262
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2207
Röyanın biabırçı videosu yayıldı
2102
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2075
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2030
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1777
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1696
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1591
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1589