AZ

“Məişət Malları” ASC-nin ğt

“Məişət Malları” ASC 2023-cü ili 167 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2022-ci ili 218 min manat xalis mənfəəti ilə bağlamışdır ki, bu da illik müqayisədə 23.4% azalmışdır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

“Məişət Malları” ASC-nin 2022-ci ildə 3 milyon 580 min manat təşkil etmiş əsas əməliyyat gəlirləri, 2023-cü ildə 29.3% azalaraq 2 milyon 530 min manata düşüb.

Hesabat dövründə “Məişət Malları” 4 milyon 451 min manat cəmi aktivlərə, 1 milyon 85 min manat cəmi kapitala, 3 milyon 366 min manat cəmi öhdəliklərə malik olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
13
Mənbələr
Şərh ()
Bağla