AZ

Moldova qarışa bilər - Qaqauziya da Rusiyanı seçir...

Dnestryanıda separatizm azmış kimi, daha bir muxtar bölgə ayrılmağa və Kremlə yaxınlaşmağa hazırlaşır; qaqauzların lideri Putinlə görüşdən sonra açıq mesaj verdi - rəy

Hazırda siyasi gərginlik yaşayan ölkələrdən biri də Moldovadır. Rusiya bu ölkəni “ikinci Ukrayna” kimi təsnifatlaşdırır. Maya Sandu hakimiyyəti qərbyönümlüdür. Prezident bəyan edir ki, rus sülhməramlılarının Dnestryanı ərazilərdən çıxmaqla bağlı müqavilənin vaxtı çatıb, lakin getmirlər. 

Rəsmi Moskva isə vaxtaşırı Kişinou xəbərdar edir ki, bu cür siyasət Kiyevdəki hazırkı hakimiyyətin davranışlarından seçilmir. Üstəlik, rus qoşunları nəinki separatizm olan Dnestryanı ərazilərdən çıxmağı düşünür, əksinə, Xarkov və Odessanın işğalını təmin etməklə Moldovanın sözügedən bölgəsinə quru yolu açmaq hədəfindədir. Digər tərəfdən isə Dnestryanı regionu azmış kimi, Moldovada daha bir muxtariyyət qopmağa və Rusiyaya yaxınlaşmağa hazırlaşır. Söhbət türk bölgəsi olan Qaqauziyadan gedir. Muxtariyyətin rəhbəri Yevgeniya Qutsuldur və bu yaxınlarda Moskvada Rusiya lideri Putinlə görüşmüşdü. Sonra vətəninə qayıdanda Kişinou hava limanında etirazla qarşılaşmış, xəyanətdə ittiham olunmuşdu. Bununla belə, xanım Qutsul açıq bəyan edib ki, Qaqauziyanın muxtariyyətinə Moldova dövlətindən təhdid olarsa, onlar Rusiyadan kömək istəyəcəklər. 

Odur ki, bu ölkədə vəziyyət getdikcə kritikləşir. Sandu administrasiyasının sərt qərbyönlü siyasəti, hətta Rumıniyaya birləşmə niyyəti ciddi konfrontasiya ilə müşahidə olunmaqdadır. Moldovanın baş prokuroru vəzifəsini icra edən İon Muntyanu bildirib ki, o, müxalifətin “Qələbə” blokunun yaradılmasında dövlətə xəyanət əlamətləri görür. Muntyanu vurğulayıb ki, prokurorluq və dövlət təhlükəsizliyi strukturunun cinayət axtarışı orqanları Moldova siyasətçilərinin Moskvadakı fəaliyyəti ilə bağlı baş verən bütün hərəkətləri izləyir və vaxtında hər bir hərəkət öz layiqli qiymətini alacaq. “Hamımızın şahidi olduğumuz hadisələrlə bağlı dövlətə xəyanət cinayətinin tərkib hissəsi də nəzərdən keçirilir”, - Moldovanın baş prokuror əvəzi deyib. Moldova müxalifətinin aprelin 21-də Moskvada keçirilən qurultayının iştirakçıları Kişinou hava limanında saxlanılıb. Onlar və digər sərnişinlər təxminən üç saat hava limanında ləngidilib. Bəzi insanlar tibbi yardıma ehtiyac duyublar. Bundan əlavə, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları “Dirçəliş” partiyasının lideri Natalya Paraskanı dindiriblər. O, Rusiyaya səfər etdiyi üçün cinayət işi ilə hədələnib.

“Moldova Rumıniya ilə birləşərsə və ya Avropa İttifaqına daxil olarsa, Qaqauziya öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilər, bu, xüsusi hüquqi status haqqında qanunda yazılıb”. Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib. “Biz Moldovanı tərk etməyi planlaşdırmırıq, çünki bura bizim vətənimizdir. Konstitusiyada deyilir ki, Moldova suveren və neytral ölkədir. Amma Moldova Rumıniya ilə birləşmək və ya Avropa Birliyinə daxil olmaq qərarına gəlsə, Qaqauz muxtariyyəti öz müqəddəratını təyinetmə hüququnu özündə saxlayır. Bu, bizim xüsusi hüquqi status haqqında qanunumuzda göstərilib”. Moldova qarışa bilərmi? Qaqauziyanın bu ölkədən ayrılmaq niyyəti nə vəd edir? 

“Rusiya və Qərb hər yerdə döyüşür. Postsovet məkanında bu rəqabət strateji xarakter daşıyır. Hazırda Cənubi Qafqazda qarşıdurma güclənib. Gürcüstan və Ermənistan üzərindən, eləcə də Ukrayna və Moldova poliqonlarında mübarizə aparılır. Bu ölkələr Avropa İttifaqına üzvlüyə hazırlaşırlar. Rusiya isə bu ölkələrin daxili problemləri, "zəif bənd"lərini idarə edərək regionda təsir gücünü saxlayır. Düşünmürəm ki, Moldova Rumıniyaya birləşmək istəsin. Suveren bir dövlətdir, niyə də belə qərar verilsin ki?! Sadəcə, Sandu hakimiyyəti Moskva ilə yola getmir və Avropaya inteqrasiya kursu götürüb deyə Dnestryanı və Qaqauziya Moldovanın “Donbas”ı ola bilər", - deyə siyasi ekspert Ramiyə Məmmədova hadisələri belə şərh edir. Onun sözlərinə görə, Moldova kiçik ölkədir və Rusiyanın təzyiqlərinə duruş gətirməsi çətindir: “Rumıniya NATO ölkəsi olsa da, Moskvaya qarşı onu tam müdafiə etmək potensialına malik deyil. Rusiya Moldovada hakimiyyət dəyişikliyinə də nail olmaq istəyib, amma alınmayıb. Məncə, Ukrayna müharibəsi postsovet ölkələrinin taleyini müəyyənləşdirəcək. Yəni onlar Rusiyanın orbitinə qayıdacaqlar, yoxsa Qərbin peykinə tamamilə keçəcəklər...”

Qeyd edək ki, Qaqauziya Moldovanın cənubunda yerləşir. Paytaxtı Komrat şəhəridir. Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. 1994-cü ilədək Moldova hökuməti Qaqauziyaya muxtariyyət verməyib, yalnız həmin ilin 23 dekabrında bu statusu qazanıblar. Qaqauziyanın muxtariyyəti Moldova konstitusiyası ilə qorunur və Moldova xalqı hər hansı bir dövlətə (məsələn, Rumıniyaya) birləşmək istəsə, Qaqauziyanın müstəqilliyini elan etmə hüququ var. Əsas qanunverici orqan Qaqauziya Xalq Məclisidir. Muxtar bölgənin rəhbəri Qaqauziya Başqanı adlanır, 4 ildən bir seçilir. Bundan əlavə, o, Moldova hökumətinin bir üzvü sayılır. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17848
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14633
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9527
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8225
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7287
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7097
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7041
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7002
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6907
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6656
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5617
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5363
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5176
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4971
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4773
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4531
Sabah 20 dərəcə isti olacaq
4198
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3972
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3335
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3246