AZ

Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO

İrəvan-Meqri magistralının Naxçıvanın işğal altındakı Kərki kəndi yaxınlığından keçən  hissəsində ermənilərin etiraz aksiyası zamanı vəziyyət gərginləşib.
 
Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
 
Polis Qazax rayonunun işğal latındakı 4 kəndinin Azərbaycana verilməsinə etiraz edən Tavuş(Tovuzqala) vilayəti sakinlərinə dəstək ifadə edən erməni vətəndaşlara yolu bağlamağa imkan verməyib. Onlar sonda bir neçə etirazçını zorla maşına mindiriblər. Sonuncular arasında  "Daşnaksütyun" üzvü üzvü Gerasim Vardanyan da var. 
 
Qeyd edilir ki, İrəvan-Gümrü və İrəvan-Sevan(Göyçə) yolları da bağlanıb. Ermənilər bu yolla Tavuşda "birtərəfli güzəştlərə qarşı" mübarizə aparan soydaşlarına dəstək ifadə edirlər...
 

Zəruri xatırlatma və  arayış:
 
 Ermənistan 3 ildən çoxdur ki, 10 noyabr  2020-ci il bəyanat-razılaşmasına əsasən Azərbaycana qaytarılmalı olan Qazax rayonunun 7 kəndi kimi, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin də geri verilməməsində inad edir.
 
Azərbaycanın ən qədim kəndlərindən olan Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.

1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək, qədim diyarın müdafiəsində iştirak etdilər.

1990-cı il yanvarın 18-i səhərə kimi Kərki kəndi inadla müdafiə olundu. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna, silah çatışmazlığına və dörd bir tərəfdən mühasirə şəraitində olduğuna görə, vəziyyət faciə ilə nəticələnə bilərdi. Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Kərki də, digər işğal olunmuş ərazilərimiz kimi, xəyanət nəticəsində düşmənin əlinə keçib. 12–14 km-lik döyüş zolağı olan Sədərəyin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Kərkidə hazırda Bakıdan və Gəncədən qayıdan ermənilər məskunlaşıb. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.
 
Kərki kəndi - Sədərək rayonu, Arpa çayı sahilində, düzənlikdədir. Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınıb. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.

2021-ci ilin yanvar-fevral aylarında artıq Kərkinin boşaldılaraq Azərbaycana qaytarılması haqda xəbərlər yayılsa da, Ermənistanda xaricdən təhrik olunan revanşist qüvvələr buna imkan vermir.
 
Yenə də ümid edək ki, inşallah, digər ərazilərimiz kimi, Kərki də yaxın müddətdə əsl sahiblərinə - Azərbaycan türklərinə qaytarılacaq.

S. Laçın

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17856
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14640
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9550
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8229
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7294
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7098
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7049
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7007
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6907
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6656
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5618
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5367
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5176
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4972
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4776
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4531
Sabah 20 dərəcə isti olacaq
4199
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3972
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3335
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3246