AZ

Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum oldu

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda prokuror Ziya Mansurov ittiham aktını elan edib.

 

İttiham aktında göstərilib ki, Sümbülə Əliyeva 2011-2019-cu illərdə Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri işləyərkən hüquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəyərək talamaq məqsədilə 2016-2019-cu illər ərzində məsləhətxanada işləyən digər vəkillərin ayrı-ayrı fiziki və hüquqi şəxslərə göstərilimiş xidmətlərə görə ödənilmiş müxtəlif məbləğlərdə vəsaiti - cəmi 48 nəfər vəkilin göstərdiyi xidmətlərə görə məsləhətxananın xəzinəsinə mədaxil edilməli olan 92 min 570 manat məbləğində vəsaiti mənimsəyib.

 

Həmçinin, büronun vəkillərinin dövlət hesabına göstərdiyi hüquqi yardıma görə - ümumilikdə 7 vəkilin göstərdiyi xidmətlərə görə Yasamal RİH-in Dövlət sifarişləri üzrə məsləhətxananın qeyd edilən hesabına köçürdüyü 22.872 manat vəsaiti həmin hesabdan çıxarmaqla, ümumilikdə 115.442 manat məbləğində pul vəsaitindən hər bir vəkil üzrə aylıq üzvlük haqları və digər xidməti ödənişləri ödəməklə qalan vəsaiti müvafiq olaraq hər bir vəkilin kart hesabına köçürülməsini təmin etməli olduğu halda həmin hərəkətləri şəxsi niyyətlə qəsdən etməyərək məsləhətxanaya məxsus olmaqla ona etibar edilmiş cəmi 115 min 442 manat məbləğində vəsaiti mənimsəyib.

 

İttiham aktında o da göstərilib ki, təqsirləndirilən şəxs eyni niyyətlə cəmi 71 min 630 manat məcburi dövlət sosial sığorta haqqını həmin müddətdə DSMF-yə, 14 min 276 manat vergi məbləğini həmin müddətdə Dövlət Vergi Xidmətinə köçürülməsini təmin etməli olduğu halda qəsdən etməyib ona etibar edilmiş cəmi 85 min 907 manat məbləğində, yəni xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən qəsdən vahid niyyətlə yayınmaqla həmin vəsaiti, ümumilikdə qeyd edilən qaydada cəmi 201 min 349 manat məbləğində ona etibar edilmiş vəsaiti külli miqdarda ziyan vurmaqla mənimsəyərək talayıb, onu şəxsi ehtiyaclarına sərf edib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

 

Sonra hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib.

 

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

 

Xatırladaq ki, zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

 

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

 

Report

Tarix: 25 Aprel 2024, 16:03   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17909
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14736
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9839
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8308
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7372
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7146
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7112
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7027
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6939
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5688
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5413
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5065
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4830
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4228
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3981
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3344
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3271