- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.
Çempionluq iddiasından əl çəkməyən "Füzuli" Bakıda "Şəmkir"i qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun gedişində xeyli maraqlı hadisələr baş verib. ev sahiblərindən Elvin Nəsibov penalti epizodunu qaçırıb.
Qış fasiləsində “Cəbrayıl”dan gəlmiş hücumçunun zərbəsini qapıçı Novruz Rəhimov geri qaytarıb.
Hücumlarını davam etdirən “Füzuli”lər 21-ci dəqiqədə Haqverdi Həsənovla istəyinə çatıb. Daha sonra standart vəziyətdən vurulan zərbə qapı tirinə dəyib.
“Şəmkir” 41-ci dəqiqədə gözlənilmədən bərabərlik qolunu vurub. Müdafiəçinin arxa zonaya ötürdüyü topu ələ keçirən Asim Quliyev təxminən 30 metr məsafədən qapını nişan alıb.
Onun vuruşu zəif alınıb. Di gəl, yolüstü bir necəı dəfə aatlınaıb-düşən top qapı xətini keçib. Kamil Nəzərlinin reaksiyası gülməli alınıb - “yuvarlaq meşin” kiperin əllərinin üstünən tora daxil olub.
Kuryoz və gülməli qol buraxan “Füzuli” fasilədən 11 dəqiqə sonra ikinci dəfə fərqlənib. Elvin Nəsibov penaltinin heyfini çıxıbsa, Emin Quliyev 66-cı dəqiqədə fərqi artırıb.
Xallarını 49-a yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Şəmkir" isə sonuncu yerdədir.
SPORTİNFO.AZ
“ASK Arena”. 70 tamaşaçı | ||||
|
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.