AZ

Cəlilabadda yol qəzası olub - İki nəfər xəsarət alıb

Cəlilabadda yol qəzası iki nəfərin xəsarət almasına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Cənub bürosu
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
8
Mənbələr
Şərh ()
Bağla