AZ

Migel Anxel Xil Marin Super Liqa ilə bağlı fikirlərini açıqladı

Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin Avropa Klublar Assosiasiyasının (ECA) iclasında çıxış edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, məmur Avropa Super Liqasının təsisi ilə bağlı danışıb:

“Burada belə görüşlərdə biz Super Liqa haqqında çox danışırıq, amma İspaniyadan kənarda Super Liqa ölüb. ECA, UEFA və Avropa liqaları nə üçündür? Onlar rəqabət strukturunu qoruyurlar. Əgər siz bir sıra klublar üçün yarışları bağlasanız, bu, bir çox insanın xəyallarını məhv edəcək”, deyə Migel Anxel Xil Marin bildirib.

Xatırladaq ki, 2023-cü ilin dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətini qanunsuz elan edib. Bu təşkilatların Avropada klub yarışlarında inhisar hüququnun olmadığı vurğulanıb. Beləliklə Avropa qanunlarına əsasən Super Liqanın rəsmən təsis edilə biləcəyi mümkün olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Aparıcı Aytənin bu görüntüsü HƏR KƏS AĞLATDI - VİDEO
384
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI (VİDEO)
334
Əyyar İmanov qəfil vəfat etdi
217
Saç boyaları təhlükəlidirmi?
147
Iranian MFA: We appreciate recent agreement reached between Azerbaijan, Armenia
145
Кремль отреагировал на слова Зеленского о переговорах с Москвой
135
"Onun sərtliyi bizi dimdik saxladı" - Sevgisini ailəsinə qurban verən qadın
134
Fortune: X sosial şəbəkəsi TV-lər üçün yutubun analoqunu işə salır
127
Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
117
Bu il Cəbrayıl şəhərinə köç olacaq, şəhər mərkəzində 33 yaşayış binası inşa edilir
111
Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır -ŞARL MİŞEL
102
14 yaşlı oğlan çayda boğulub
96
Nizamidə mənzildə meyit tapıldı
96
Görüntüləri gündəm olan idmançının məşqləri görün neçəyə imiş – VİDEO
80
Putinin fantaziyası Ukrayna ilə məhdudlaşmır - Barro
79
Saxta pullarla insanları aldatma halları artırVİDEO
75
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
72
Ağarmış saçlara son – Təbii üsullarla necə qaytarmaq olar?
72
Konfrans Liqası: "Fənərbağça" Belçikada qalib gəlib
71
YENİ RAZILAŞMA: Türkmənistan qazı Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatacaq - "Naxçıvana təbii qazı bu qış..."
49