AZ

Vaşinqtondan ATACMS raketləri ilə bağlı daha bir AÇIQLAMA

ABŞ indi Kiyevə əhəmiyyətli sayda uzaqmənzilli ATACMS taktiki ballistik raketləri təqdim etmək imkanına malikdir, lakin onların dəqiq sayını açıqlamayacaqdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan amerikalı jurnalistlərə bildirib.

Onun fikrincə, konkret tədarük rəqəmlərinin açıqlanması döyüş meydanında Kiyevə zərər verə bilər.

“Əgər sizə desəm ki, ABŞ-nin Ukraynaya nə qədər ATACMS raketi verməyə hazırdır, o zaman, prinsipcə, düşmən sadəcə olaraq bu rəqəmi hesablaya bilər və bu, ona üstünlük verər”, - deyə Sallivan əlavə edib.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla