AZ

İsveç Latviyaya qoşun və zirehli texnika göndərir

İsveç

İsveç Rusiya və Belarusla quru sərhədləri olan Baltikyanı ölkələrdə NATO qüvvələrinin yerləşdirilməsi çərçivəsində Latviyaya qoşun göndərmək planlarını həyata keçirməyə davam edəcək.

Reyting.az
xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson Latviyanın baş naziri Evika Silina ilə birgə mətbuat konfransında deyib.

“Məqsəd bu qüvvələrin gələn ilin əvvəlindən fəaliyyətə başlamasıdır”,- deyən Kristersson əlavə edib ki, bu qüvvəyə zirehli maşınlar və “Leopard” tankları daxildir.

Xatırladaq ki, İsveç ötən ay NATO-ya üzv olub və alyansın 32-ci üzvü olub.

ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla