AZ

Şəxsi avtomobillərlə azad edilmiş ərazilərə səfərlər turizmə necə təsir edəcək? - AÇIQLAMA

Bakı. Trend:

Sabahdan etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşaşəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçınşəhərinə də səfər edə biləcəklər.

Bəs bu səfərlər yerli turizmin inkişafına necə təsiredəcək?

Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev Trend-ə bildirib ki, bu, ölkə rəhbərliyitərəfindən Azərbaycan turizmi üçün verilən hədiyyədir.

"İşğaldan azad edilmiş ərazilərə fərdi minik avtomobilləri iləsəfər turizmin inkişafına müsbət təsir edəcək. Bunu digər düşmənişğalından azad edilmiş ərazilərə də tətbiq etmək olar. Lakininsanların təhlükəsizliyi nəzərə alınaraq, ərazilər minalardantəmizləndikcə baş tutacaq.

Bunun üçün müəyyən qədər gözləmək lazımdır. Əlbəttə ki, bu datəhlükəsizlik baxımından çox vacib bir məsələdir. Çünki turististənilən yerə səyahət etdikdə orada böyük bir yaşayış massivininolması, əhalinin məskunlaşması turistlərdə böyük güvən yaradır. Buçox önəmlidir".

Ekspert qeyd edib ki, Laçında tikilməkdə olan hava limanınabeynəlxalq statusun verilməsi böyük önəm daşıyır.

"Bu, o deməkdir ki, xaricdən birbaşa Laçına aviareyslər təşkilolunacaq. Bu, həm laçınlıların rifahını yaxşılaşdıracaq, həm dəiqtisadiyyata böyük töhfə verəcək. Laçın aeroportu Şuşa və yaxınətraf rayonlara da, Kəlbəcər, Xankəndiyə də xidmət edəcək. Digərrayonlarda da bu kimi iri layihələr həyata keçirilib. ZəngilanBeynəlxalq Hava Limanı artıq istifadəyə verilib. Bu, o demekdir ki,artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaxın illərdədünyanın aparıcı bölgələrindən olacaq.

Laçının florası çox zəngindir. Laçında 2000-ə yaxın bitki növüvar. Bunların da 99%-i insan orqanizmi üçün əhəmiyyətli təbiibitkilərdir, hansı ki, bunları biz bu gün apteklərdə qablaşdırılmışşəkildə görürük. Bu da dədə-baba yurdlarına qayıdan insanlar üçünbiznesə çevriləcək. Yəni, burada müəssisələr açıla bilər, təbiibitkilərdən vitamin tərkibli qida məhsulları hazırlana bilər.

Laçında turizmin inkişafı üçün kənd təsərrüfatına daha böyüküstünlük verilməlidir, kənd təsərrüfatında çalışan fermerlərin dəişlərində böyük motivasiya yaratmaq üçün yaylaqlarda festivallarkeçirilməlidir, orada böyük bazarlar qurulmalıdır", - deyə o qeydedib.

Qeyd edək ki, vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindənbaşlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az)üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıqmüddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzulirayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” vəHoradiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçınmarşrutu ilə mümkün olacaq.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqlamaksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləridedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyatnişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdətutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “YolumuzQarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, minatəhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı,həmçinin, bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, minatəhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərədaxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdankənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfərmarşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana vədigər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərinihəyata keçirə bilərlər.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
7928
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7037
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1173
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1168
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1152
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1144
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
674
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
460
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
330
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
316
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
308
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
298
Arda Gülər dayanmır, yenə fərqləndi -
235
Arda dubl etdi - VİDEO
220
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
207
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
165
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
160
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
152
“Mançester Siti” İngiltərə çempionu olub
142