AZ

“Qırğın” barədə xüsusi faktlar – “Neftçi”də təzyiq var...

32-ci turun ən səs-küylü iki oyunundan biri paytaxtda baş tutacaq.

Gümüş medalları hədəfləyən “Neftçi” bu avrokuboklara vəsiqə yolunda əsas rəqiblərindən olan “Turan Tovuz”u qəbul edəcək.

“Neftçi”də təzyiq, “Turan”da rahatlıq

Komandalar arasında illərə söykənən rəqabət öz yerində. Söhbət bu gündən gedirsə, hər ikisi yayda beynəlxalq oyunlarda iştirak etmək niyyətindədir. Sözsüz, “Neftçi”nin arzusunun dozası daha artıqdır. Tovuzlular vəsiqəsiz qalsa, heç kim onları asıb-kəsməyəcək. Amma söhbət “ağ-qaralar”dan gedirsə, onsuz da mövsümü titulsuz başa vurmaqla başlarını bəlaya soxublar. Bir də gümüş medalların əldən çıxması. “Turan Tovuz”la qarşılaşmada qələbə olduqca vacibdir. Vay o günə ki, 3 xal hədəfinə çatmasınlar. Qonaqlar bu baxımdan rahatdır. Qələbə olsa, nə yaxşı, olmasa da canları sağ olsun.

Dönüş nöqtəsi

Turnir cədvəlinə 73 xala malik “Qarabağ” başçılıq edir. Çempionun ən yaxın izləyicisi 49 xala sahib olan “Zirə”dir. “Sumqayıt”la “Neftçi” eyni xalla (47) 3-4-cü pillələri bölüşürlər. Şəxsi oyunlardakı üstünlüyə görə “kimyaçılar” bakılılardan öndə qərarlaşıb. “Sabah” 46 xalla 5-ci, 42 xala malik “Səbail”lə “Turan Tovuz” 6-7-ci pillələrdə qərarlaşıblar.

Bu o deməkdir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komandanın məğlub olması “Neftçi”nin gümüş istəyini əməlli-başlı çətinləşdirəcək. “Zirə” və “Sumqayıt”la xal fərqi arta, arxadakı rəqiblər bakılıları yaxalaya bilər. Bu oyunu son 2 matçı məğlub başa vuran “ağ-qaralar” üçün dönüş nöqtəsi saymaq olar.

Oyunun gözəlliyinə kölgə salan, eyni zamanda rəng qatan məqamlardan biri hər iki komandanın heyətində itkilərin çoxluğudur.

Bu mövsüm uda bilməyiblər

Yeri gəlmişkən, komandalar arasında cari mövsümdə baş tutan bütün oyunlar gərginliyi ilə diqqət çəkib.

Maraqlı fakt “Turan Tovuz”un avqustdan bu yana “Neftçi”ni məğlub edə bilməməsidir. “Neftçi Arena”dakı oyunda meydan sahibləri üstün olub - 3:2. Tovuzdakı duellərdəki yekun nəticələr də bakılıların xeyrinə işləyib. Mövsümün əvvəlində 1:0 qalib gəliblər, 3-cü dövrədəkı duel 1:1 başa çatıb.

Bu qədər itki olar?

“Neftçi” cəzalı duruma düşən Mark Tamaşla Yeqor Boqomolskinin xidmətindən yararlana bilməyəcək. “Qarabağ”la kubok matçında iştirak etməyən zədəli Emin Mahmudovun meydana çıxacağı inandırıcı görünmür.

Bu mənada “Turan Tovuz”un vəziyyəti çox ağırdır. Denis Marandiçi ilə Ayxan Hüseynov sarı vərəqə limitini doldurub. Fərid Yusifli, Veysəl Rzayev, Eltun Turabov və Rojerik Miller isə zədə səbəbindən kənarda qalacaq.

Bu qədər itkinin fonunda bölgə təmsilçisinin iddialı rəqibinə hansı sürpriz hazırlaması maraqla gözlənilir.

Aprelin 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” qarşılaşması saat 17:45-də başlayacaq.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10774
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8189
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
4999
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1892
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1682
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1672
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1165
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
827
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
699
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
675
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
580
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
413
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
374
Arda Gülər dayanmır, yenə fərqləndi -
364
Arda dubl etdi - VİDEO
314
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
304
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
279
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
253