AZ

Həmin gecə Ordumuz Xankəndiyə girsəydi… Prezidentin açıqlamasındakı SİRR

Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bir çox diqqətçəkən məqamlar oldu. O çıxışlardan biri də Xankəndi ilə bağlıdır.

Sitat: “Həmin vaxt bizim qoşunlarımız Xankəndinin yaxınlığında idi. Biz qondarma Laçın dəhlizinə de-fakto nəzarət edirdik və biz Şuşanı azad edəndən sonra mühasirəyə alınmış 15 min erməni hərbçinin aqibəti hər kəsə tamamilə aydın idi. Onlar ya təslim olmalı idilər, ya da onlar üçün daha da pis olacaqdı. Biz dedik, yaxşı, əgər heç bir razılaşma olmayacaqsa, biz davam edirik, bir neçə saata Xankəndiyə daxil olacağıq. Beləliklə, Ermənistan razılaşmalı oldu”.

“Zənnimcə, onlar indi başa düşürlər ki, biz haqlı idik. Beləliklə, 5 illik müddət və heç bir tərəf etiraz etmədiyi təqdirdə uzadılma, əslində, qoşunların çıxarılmasının başlanğıc nöqtəsi oldu” – Prezident deyib.

Mövzu ilə bağlı  danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər kifayət qədər əhəmiyyətlidir:

“Bu, həm də “Niyə 44 günlük müharibə vaxtı Xankəndiyə girmədik?” sualının, o cümlədən çoxsaylı tənqidlərin, yanlış yanaşmaların cavabıdır.

Mümkündür ki, o zaman bütün detalların ictimaiyyətə açıqlanmasına gərək olmayıb. Amma artıq hər şey aydındır. Döyüşlər vaxtı Azərbaycan ordusunun Xankəndiyə girməsi Rusiya ilə razılığın pozulması olardı. Bu isə perspektivdə bizə daha ciddi problemlər yarada bilərdi. Odur ki, Azərbaycan Ordusu lazımi vaxtda lazımi yerdə dayandı.

Əsas məsələ odur ki, artıq Xankəndi məsələsi də həllini tapıb, Azərbaycanın suverenliyi bütöv Qarabağda bərpa olunub. Bu, rəsmi Bakının addımlarına “don geyindirmək” istəyənlərə ən yaxşı cavabdır”.  / Globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8904
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7513
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1363
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1342
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1324
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1302
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
779
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
553
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
395
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
374
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
327
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
308
Arda dubl etdi - VİDEO
265
Arda Gülər dayanmır, yenə fərqləndi -
258
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
245
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
197
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
193
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
190