AZ

ABŞ-də qaradərili polis zorakılığının qurbanı olub

ABŞ-nin Ohayo ştatında 53 yaşlı Frank Taysonun polis tərəfindən saxlanılarkən zorakılığa məruz qalması, əlləri arxadan qandallı olduğu halda asayiş keşikçiləri tərəfindən boğularaq öldüyü məlum olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Aprelin 18-də Ohayo ştatının Kanton şəhərində yol qəzası törədib, qaçdığı iddia edilən qaradərili amerikalının polis zorakılığı nəticəsində ölməsinin görüntüləri bu gün ictimaiyyətə açıqlanıb.

Hadisəyə müdaxilə edən polis əməkdaşlarının kameralarından lentə alınan görüntülər sosial mediada sürətlə yayılıb, olay 2020-ci ildə polis zorakılığı nəticəsində dünyasını dəyişmiş qaradərili amerikalı Corc Floydun ölümü ilə müqayisə olunub.

Görüntülərdə nəqliyyat vasitəsi ilə qəza törətdiyi iddiası ilə bufetdə polis tərəfindən saxlanılan Taysonun yerə yıxılaraq əlləri arxaya qandallanaraq polisi nəzərdə tutaraq, dəfələrlə “məni öldürməyə çalışırlar”, dediyi görünür.

Polisin dizi ilə boğazını sıxdığı, üzü üstü yerə uzanmış, əlləri qandallı olan qaradərilinin bir neçə dəfə “nəfəs ala bilmirəm” deməsi kameraya düşüb.

Bir neçə dəqiqə sonra polis əməkdaşı hələ də qaradərili kişinin sağ olub-olmadığını yoxlayır, Taysonun nəfəs almadığını anlayır və ürək masajı etməyə başlayır, sonra isə şübhəli şəxs təcili yardımla xəstəxanaya aparılır.

Polisin verdiyi məlumata görə, Tayson xəstəxanada ölüb, hadisədə iştirak edən asayiş keşikçiləri istintaqa təhvil verilib.

Xatırladaq ki, 2020-ci ildə qaradərili amerikalı Corc Floyd polis zorakılığı nəticəsində ölüb, hadisədən sonra ABŞ-də həftələrlə irqçilik və polis zorakılığı əleyhinə iri miqyaslı aksiyalar keçirildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
8854
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7493
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1363
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1342
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1318
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1298
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
778
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
553
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
395
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
370
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
327
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
295
Arda dubl etdi - VİDEO
265
Arda Gülər dayanmır, yenə fərqləndi -
257
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
241
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
197
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
193
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
190