AZ

Ermənistan MN etiraz aksiyasındakı hərbi geyimli şəxslərin kimliyini araşdırır


Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətinin 4 kəndinin Azərbaycana verilməsinə və sərhədin delimitasiyasına etiraz olaraq aksiyaya qoşulan hərbi geyimli şəxslərin müəyyən edilməsi üçün araşdırma aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, internetdə Tavuş vilayətinin Kirants şəhərində keçirilən siyasi aksiyaya hərbi geyimli şəxslərin qoşulması ilə bağlı video yayılıb.
Müdafiə Nazirliyi bununla bağlı xəbərdarlıq edib və Ermənistan Silahlı Qüvvələrini siyasi proseslərə cəlb etmək cəhdlərinə adekvat hüquqi qiymət veriləcəyini bildirib.
Seçilən
15
Mənbələr
Şərh ()
Bağla