AZ

22 yaşlı forvarda 5 illik müqavilə təklif etdi - Premyer Liqa t'msil,isi

"Arsenal" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Bolonya"da çıxış edən Coçua Zirzkeni transfer etmək istəyir. Bu barədə "Daily Express" nəşri məlumat yayıb.

İngiltərə nəhəngi 22 yaşlı forvarda 5 illik müqavilə təklif edib. Futbolçunun klubu ilə danışıqlar davam edir.

"Bolonya" Coşua Zirzkeni 2022-ci ilin yayında "Bavariya"dan transfer edib.

Niderland millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla