...Bu arada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Quşi-9” qrupu “Qara Meşə” 15-ci regional briqadasının hərbi qulluqçuları ilə birlikdə Rusiyanın ən yeni “Podlet48Ya6 K-1” radiolokasiya stansiyasını (radarını) aşkar edərək vurublar.
SİA-nın əldə etdiyi məlumata görə, Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Telegram-dakı mesajında deyilir.
Bildirilir ki, antena-fider qurğusuna və kompleksi qidalandıran dizel stansiyasına hücumu həyata keçirilib.
Baş Kəşfiyyat İdarəsinin yazdığına görə, “Podlet” RLS nisbətən yeni Rusiya inkişafıdır.
Qeyd edilir ki, bu radarlar Rusiya ordusuna 2015-ci ildə verilməyə başlayıb.
...Və belə bir radarın dəyəri 700 milyon rubldan və ya 5 milyon dollardan çoxdur.
Kəşfiyyatçıların sözlərinə görə, düşmən bu radardan hədəf koordinatlarını aşkar etmək və Rusiyanın S-300/S-400 zenit-raket komplekslərinə ötürmək üçün istifadə edirmiş.
Nazlı