AZ

HƏMAS təsdiqlədi: İsraildən cavab almışıq

Qəzzadakı HƏMAS hərəkatının rəhbərinin müavini Xəlil əl-Həyya bildirib ki, bir neçə gün əvvəl vasitəçilərə təqdim etdikləri mövqe ilə bağlı İsraildən cavab alıblar.

Publika.az xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.

O, həmçinin qeyd edib ki, qrup təklifi öyrənəcək və “tədqiqat başa çatdıqdan sonra cavabını Misir və Qətər vasitəçilərinə təqdim edəcək”.

“Al Mayadeen”in Fələstin rəhbərliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, bir müddət əvvəl Qətər ABŞ və İsrail tərəfindən ciddi təzyiqlərlə üzləşib. Öz növbəsində, bu təzyiq Qətərə Qəzza zolağında atəşkəs danışıqları ilə bağlı HƏMAS-a təsir etmək məqsədi daşıyıb.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla