AZ

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Rusiyanın Londondakı səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Buna səbəb Rusiyanın Böyük Britaniya ərazisində təşkil etdiyi pis niyyətli fəaliyyətlərlə bağlı iddialar olub.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Britaniya bu cür fəaliyyətlərdən narahatdır: “Böyük Britaniya Rusiyanın ölkə ərazisində təşkil etdiyi pis niyyətli fəaliyyətlə bağlı iddialardan, eləcə də Rusiya Federasiyasının digər suveren dövlətlərin ərazisində bu cür fəaliyyətə sponsorluq etməsi ilə bağlı göstərdiyi davranış nümunəsindən dərin narahatdır”, – deyə məlumatda qeyd edilib.

Britaniya Rusiyanı bu fəaliyyəti dərhal dayandırmağa çağırıb. Qeyd olunub ki, Birləşmiş Krallıq müttəfiqləri ilə birgə Rusiyadan gələn təhdidlərin tam spektrinin qarşısını almaq və müdafiə etmək üçün işləməyə davam edəcək.

Qeyd edək ki, Londonda iki Britaniya vətəndaşı Rusiya kəşfiyyat xidmətlərinə kömək etməkdə və casusluqda ittiham olunur. Ötən ay Londonun şərqindəki anbarda baş verən yanğından sonra britaniyalı Dilan Erl və Ceyk Rivs barəsində araşdırma başlayıb. Dilan Erl biznesi hədəfəalma planına nəzarət etməkdə, həmçinin xarici kəşfiyyat xidmətinə yardım üçün şəxslər cəlb etməyə cəhddə, saxtakarlıq və yanğın törətməkdə ittiham olunur. Ceyk Rivs də pul müqabilində Rusiya kəşfiyyat xidmətinə kömək göstərməkdə təqsirli bilinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
44
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23335
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16092
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14542
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11438
Helikopterin qalıqları tapılıb
9799
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
9154
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7209
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6708
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5404
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4177
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4070
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3634
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2155
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1809
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1700