AZ

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Bakının Qərb ölkələri ilə tarixi neft sazişini imzalamasından 30 il sonra “oxşar sazişlər” dəniz külək enerjisi sektoru üçün start meydançası ola bilər.


AZƏRTAC xəbər verir ki, bunu bərpa olunan enerji sahəsində xəbərlər yayan “Recharge” jurnalında “Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər” sərlövhəli məqalədə Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov deyib.

Energetika nazirinin müavini və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un baş icraçı direktoru Elnur Sultanov bildirib ki, dəniz külək elektrik stansiyalarının tikilməsi Azərbaycan hökumətinin Avropa istehsalçıları ilə birgə “elektrik enerji hasilatının pay bölgüsü müqaviləsi”nə oxşar layihəyə açıq olmasını göstərir

“Energetika sahəsində strateji tərəfdaşlıqlar bizim üçün həmişə çox əhəmiyyət kəsb edəcək”, - deyən energetika nazirinin müavini Azərbaycanda bərpa olunan enerji sahəsində layihələr icra edən “Masdar” və BP şirkətləri ilə əməkdaşlaqlara diqqət çəkib. “Əgər biz Xəzərdə dəniz külək enerji layihəsini inkişaf etdirmək istəyiriksə, onda bizim mütləq yerli istehsala ehtiyacımız var, bütün komponentlər Avropa ölkələrindən (quru yolla – red.) gələ bilməz”, – deyə o bildirib.


SOCAR - Dövlət Neft Şirkətinin nümayəndəsi Teymur Quliyev isə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ortaya çıxan bir sıra texniki məsələlər barədə danışıb. Bildirilib ki, “Masdar” keçən il Azərbaycan hökuməti ilə 10 qiqavat gücündə bərpa olunan enerji stansiyası, o cümlədən 2 qiqavat gücündə dəniz külək enerjisi stansiyası layihəsinə dair müqavilə imzalayıb. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti, həmçinin Bakı ilə dörd layihəli sazişin bir hissəsi olaraq 1,5 GVt-lıq dəniz külək enerji stansiyası layihəsini həyata keçirir.

“Bu elektrik enerjisinin milli şəbəkəyə inteqrasiyası ilə bağlı çətinliklər olacaq. Ona görə də biz bu enerji ilə nə edəcəyimizi düşünməliyik: yerli bazar elə də böyük deyil, həm də enerjini bir ölkədən digərinə rahat şəkildə ötürmək üçün Aİ-də olduğu kimi sinxron elektrik bazarı yoxdur,” – deyən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov qeyd edib. Onun sözlərinə görə, burada Avropaya ixrac vacib rol oynayacaq və Azərbaycan gələcəkdə dəniz külək enerjisi stansiyalarından alınacaq əlavə enerjidən hidrogen və elektrik yanacaq istehsal edə bilər.

Azərbaycan CO2 emissiyalarını 2030-cu ilə qədər 35 faiz və əsrin ortalarına qədər 40 faiz (1990-cı il səviyyəsindən) azaltmaq üzrə milli hədəfinə çatarsa, dəniz külək enerjisinin neft dövləti üçün əsas mühərrik olacağını söyləmək mümkündür. “ACWA Power”in baş icraçı direktoru Selim Güven deyib ki, zəngin dəniz külək enerjisi ehtiyatı var və ondan istifadə olunmasa, bu, bir növ günah olardı: “Biz bu resursu iki istiqamətdə inkişaf etdirmək istəyirik: yaşıl hidrogen və yaşıl elektrik. Hidrogen daha yaxşı və dəyərli enerji növü ola bilər”.

Məqalədə bildirilir ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanovun sözlərinə görə, Xəzərdən Qara dənizə və Avropaya uzanan 1200 kilometr uzunluğundakı 1 qiqavat yüksək gərginlikli ötürücü kabel Mərkəzi Asiya və Aİ dövlətlərini birləşdirən “yaşıl dəhliz” çərçivəsində regiondan kənarda formalaşan dəniz külək enerjisi də daxil olmaqla, bərpa olunan enerji üçün ən yaxşı "yeni marşrut” olacaq.

“Bu Transxəzər enerji dəhlizi həm uzun məsafələr üzrə tələb və təklif (enerji – red.) baxımından daha yaxşı tarazlıq üçün şəbəkələri “birləşdirmək” baxımından faydalı olacaq, həm də digər Xəzəryanı ölkələrdə bərpao lunan enerji resurslarının bəzilərinin inkişafına töhfə verəcək... Bir növ “sülh elektrik xətti” kimi.” – deyə E.Sultanov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17476
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12548
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10000
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4173
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3779
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3203
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3024
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2605
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2231
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1575
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1096
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
974
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
878
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777