AZ

Günel Osmanovaya vəzifə verildi

Günel Osmanova İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini təyin edilib.

 

Bu barədə İTV-dən məlumat verilib.

 

Şirkətin Baş direktoru Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında bununla bağlı təklif irəli sürüb və məqsədəuyğun sayılıb.

 

Qeyd edək ki, G.Osmanova bu təyinatadək şirkətin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Tarix: 27 Aprel 2024, 11:04   
Seçilən
19
6
Mənbələr
Şərh ()
Bağla