AZ

Naftalanda Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya - FOTO

Yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın adı Azərbaycan tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə əbədi yazılıb.

 

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Şəhər Mərkəzi Xəstəxanasında göz müayinəsi aksiyası keçirilib.

 

Aksiyada şəhid ailələri, qazilər onların ailə üzvləri iştirak edib.

 

Görmə problemi olanlara tibbi xidmət göstərilib, ambulator müalicə təyin edilib və məsləhətlər verilib. 

 

İştirakçılar görkəmli oftalmoloq alimin anadan olmasının ildönümü ərəfəsində göz xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə xüsusi həssaslıqla yanaşılmasını Zərifə xanım Əliyevaya xas olan xeyirxahlıq ənənələrinin davamı kimi qiymətləndiriblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23334
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16084
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14542
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11438
Helikopterin qalıqları tapılıb
9791
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
8774
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7209
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6708
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5398
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5321
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4168
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4066
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3630
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2151
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1809
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1719
Azərbaycan nefti ucuzlaşdı
1700