AZ

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham - “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. 

Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. 

Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?

Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqil Cəfərov çıxış edib. Amil Xəilin müəllifi olduğu "Gəl danış" verilişinin eksperti Cavanşir Məmmədovun vəsiyyətinin yerinə yetirilməməsinə etiraz edib:

"Mən Cavanşir Məmmədovla efirdən kənarda da kostyumla dəfn məsələsi barədə danışmışdım. Onun atası da incəsənət nümayəndəsi idi, o da kostyumla dəfn olunmuşdu. Cavanşir müəllim də efirdə qonaq olanda dönə-dönə bunu vurğulayıb vəsiyyət etdi ki, mən də bu cür dəfn olunmaq istəyirəm. Mənə çatmır ki, ailəsi niyə onun vəsiyyətini yerinə yetirmədilər? Bu onun vəsiyyəti idi. O, bu fikrində ciddi və qəti idi. Bunu yerinə yetirməyə nə mane oldu? Bu elə də böyük və ya əlçatmaz arzu deyildi. O cür kişinin vəsiyyətini yerinə yetirməli idilər ki, ruhu şad olsun".

Verilişdə qonaq olan Hacı Rahim isə məsələyə müdaxilə edərək vəsiyyətin yerinə yetirilməməsinin səbəbini açıqlayıb:

"Cavanşir Məmmədovun istəyi, vəsiyyəti ola bilər, amma elə vəsiyyətlər var ki, əgər şəriət bunu qəbul etmirsə, o vəsiyyət sayılmır. Ola bilər ki, onun istəyir bu olub, lakin ailə üzvləri, yaxınları biliblər ki, bu, şəriətə uyğun deyil".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23096
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14641
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14455
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11377
Helikopterin qalıqları tapılıb
9248
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8033
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7037
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6685
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5209
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4985
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4710
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4112
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3878
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3557
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2818
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2097
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1698
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1646
Azərbaycan nefti ucuzlaşdı
1632
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1360