Bakı. Trend:
Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsusavtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığıbarədə polisə məlumat daxil olub.
Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu PolisŞöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən əvvəllər məhkumolunmuş 1998-ci il təvəllüdlü Vüsal Mirzəyev saxlanılıb.
Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsiləqeydə alınıb:
"O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığınıbildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbirzamanı rayon ərazisində yerləşən binalardan birinin dəhlizindənvelosiped oğurlayan 1975-ci il təvəllüdlü Pərviz Hacıyevsaxlanılıb. V.Mirzəyev və P.Hacıyevin analoji əməllərdə iştirakınınolub-olmaması araşdırılır".
"Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bubarədə polisə müraciət edə bilərlər", - deyə məlumatda qeydedilib.