AZ

Sosial şəbəkələrdə feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs ələ keçib

Bakı. Trend:

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulanistifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylımüraciətlər daxil olub.

DİN-dən Trend-ə verilənxəbərə görə, polis əməkdaşlarının paytaxt ərazisində həyatakeçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdəşübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü ZaurTeymurxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuzfəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub.Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluqyolu ilə ələ keçirərərk öz kart hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

“Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslərvarsa bu barədə polisə müraciət edə bilərlər. Bir dahavətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağaçağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrəonlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqlaüzləşən şəxslər bu barədə polis orqanlarına bildirə bilərlər”, -məlumatda deyilir.

Seçilən
11
19
Mənbələr
Şərh ()
Bağla