AZ

Rəqib nə "Neftçi"dir, nə də "Qarabağ", amma... - Bu şansı qaçırmaq olmaz

Azərbaycan Premyer Liqasında 32-ci tura bu gün start veriləcək.

"Sabah" doğma publika qarşısında "Səbail"i qonaq edəcək.

"Bank Respublika Arena"da keçiriləcək matçın əhəmiyyəti böyükdür. Məğlubiyyət böyük ölçüdə Bayıl təmsilçisinin avrokuboklara getmək xəyalının üzərindən xətt çəkmiş olacaq.

"Tələbələr" isə məğlubiyyət halında ikinci olmaq ehtimallarına kölgə salmış, Avropaya getmək şanslarını isə bir xeyli çətinləşdirmiş olacaq.

Meydan sahibləri qarşılaşmaya xüsusi hazırlaşıb.

Bunu oyundan günlər əvvəldən görmək mümkündür.

18:00-da start fiti veriləcək oyundan əvvəl fan zona təşkil ediləcək, lotereya oynanılacaq.

Uduşda "IPHONE 15", Planşet, 200, 300 və 500 manat dəyərində hədiyyə kartları azarkeşləri gözləyir.

İş bununla da bitmir.

Masazır təmsilçisi kənar qəsəbə və kəndlərin sakinlərini oyuna cəlb etmək üçün afişalar paylayıb, video roliklər hazırlayıb.

Qısası, klubun marketinq şöbəsi son bir həftədə ortaya böyük zəhmət qoyub.

Oyuna rəng, çempionata fərqlilik qatıb.

Düzdü, rəqib nə "Qarabağ"dı, nə də "Neftçi". Heç avrokubok oyunu da deyil.

Amma Avropaya vəsiqə uğurunda ölüm-qalım matçıdır.

Hər iki rəqibin yaşı azdı, iddiaları isə böyük.

Tərəflər məğlub olmamaq üçün 90 dəqiqə meydanın hər santımetri uğurunda döyüşəcək.

Deməli, belə oyunu qaçırmaq olmaz.

Həftəsonu istirahət üçün hava ideal, oyun saatı münasib.

Bircə qalır biletini almaq, arenanın yolunu tutmaq və tribunadakı dəstəyinlə komandanın qələbəsinə cığır açmaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla