AZ

BMTİP-in daimi nümayəndəsi: Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha bir paradiqma dəyişikliyi lazımdır

Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha bir paradiqma dəyişikliyi lazımdır.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Əfqanıstandakı daimi nümayəndəsi Abdulla Əl-Dardari İslam İnkişaf Bankının (İİB) Ər-Riyadda keçirilən illik iclasları çərçivəsində keçirilən "Tərəqqi yolu: İslam İnkişaf Bankına Üzv Ölkələrdə Çoxölçülü Yoxsulluq" mövzusunda panel müzakirələrdə deyib.

"Minilliyin İnkişaf Məqsədləri (MİM) üzərində işləyəndə bizim çox yaxşı vasitəmiz var idi və bunu MİM-in tərəqqisi və nailiyyətləri ilə əlaqələndirmək mümkün idi. Bu, bütünlükdə iqtisadiyyat barəsində düşüncəmizdə mühüm paradiqma irəliləyişi oldu. Lakin sonra yeni problemlərlə, daha doğrusu, icmalar arasında və daxilində münaqişələrə səbəb olan qeyri-bərabərlik və narahatlıqla üzləşməyə başladıqda bizdə ümumdaxili məhsul (ÜDM) artımının yaxşı, cəmiyyətin isə qeyri-stabil olmasının səbəbinin nədən ibarət olduğunu demək çətin idi", - o deyib.

Əl-Dardarinin fikrincə, neoklassik iqtisadiyyat son həddə çatıb.

"Bu səbəbdən inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən digər paradiqma dəyişikliyi barədə düşünmək lazımdır. Burada əməkdaşlıq etməyə və iqtisadiyyat, insan rifahı, zənginlik, bölüşdürmə və dayanıqlılıq arasındakı qarşılıqlı əlaqəni başa düşməkdə bəşəriyyət üçün daha bir addım atmağa şadıq", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyər verib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik və firavanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığı çərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar və özəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17476
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12548
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10000
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4176
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3785
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3205
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3025
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2605
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2234
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1575
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1096
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
974
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
878
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777