AZ

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Qanalı

Bakı, 27 aprel, AZƏRTAC

Qanadan olan 29 ekologiya fəalı Abubakar Tahiru bir saat ərzində qucaqladığı ağacların sayına görə dünya rekordu vurub. “Tahirunun göstərdiyi nəticə 60 dəqiqə ərzində 1123 ağacdır”, -deyə Ginnesin Rekordlar Kitabının saytında bildirilir. O, bir dəqiqə ərzində orta hesabla 19 ağac qucaqlayıb.

Tahiru bu cür rekord vuran ilk insandır. O, nəticənin qeydə alınması üçün qoyulan 700 ağac həddinin öhdəsindən asanlıqla gəlib və öz rekordunu bizim ekosistemimizdə ağacların həlledici rolunu və ətraf mühitin qorunması üzrə tədbirlərin təxirəsalınmazlığını vurğulamaq üçün faydalı əməl (meaningful gesture) adlandırıb.

Bu rekord “Taskci” Milli qoruğunda (Alabama, ABŞ) qeydə alınıb. Edilən cəhd ağac iki əllə bərk qucaqlandığı halda hesaba alınır. Bitkilər təkrar qucaqlana bilməz. Ağacın zədələndiyi halda cəhd sayılmır.

Tahiru Qanadakı fermer icmasında böyüyüb. O, doğma ölkəsinin ən yaxşı universitetlərindən birində meşə təsərrüfatı ixtisası üzrə təhsil alıb və ötən il Obern Universitetində təhsilini davam etdirmək üçün ABŞ-a köçüb.

“Mənim üçün Qana gənclərini, xüsusilə də böyüdüyüm icmaya bənzər ən az imtiyazlı icmalardan olan gəncləri ilhamlandırmaq, çətinliklərin öhdəsindən gələ bilməyin və əhəmiyyətli nəticələr əldə etməyin mümkün olduğunu göstərmək çox vacibdir”, — deyə Tahiru vurğulayır.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla