AZ

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Yazıçı

Bakı, 27 aprel, AZƏRTAC

Tanınmış yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı “Qanun” nəşriyyatında işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, bu əsər müəllifin sayca altı, həcminə görə isə (568 səhifə) ən iri romanıdır. Təxminən beş ildən artıq müddətə ərsəyə gələn əsər Nadir şah haqqında indiyədək nəşr olunan romanlardan tarixiliyi ilə fərqlənir. Romanda Nadir şahın həyatını, sərkərdə kimi yetişməsini, fəthlərini daha dolğun təsvir etmək üçün Rusiya, Osmanlı, Moğol imperiyalarında baş verən əlaqəli hadisələr xüsusi ilə seçilir. Belə ki, Nadir şah tarixdə dinə, təriqətlərə münasibəti ilə fərqlənib və dini islahatlar keçirən başçı kimi yaddaşlara həkk olunub.

Əsərdəki bəzi hadisələr tarixə sadiqliyini qoruyaraq, həm də yazıçının təxəyyülünün məhsuludur.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla