AZ

“Sabah”ın məşqçisi çempionluğun sirrini açıqladı - MÜSAHİBƏ

“Sabah”ın U19 komandasının baş məşqçisi Adiono Mustedanagiçin Offsideplus.az-a müsahibəsi…

- Komandanız Gənclər Liqasının qalibi oldu. Bu naliyyəti nəyə borclusunuz?
Bu uğur hamının eyni istiqamətdəki işinin nəticəsidir. İlk növbədə akademiyaya çox önəm rəhbərliyin. Bu da klubun rəhbər strukturları ilə bağlıdır. İkincisi, bunda “Sabah”da çalışan hər kəsin rolu var. Bu futbolçularla əvvəllər işləmiş olan məşqçilərin də əməyi böyükdür. Onlar 2005 və 2006 təvəllüdlü oyunçuların inkişafında rol oynayıblar. Yaxşı skautinq, yaxşı oyunçular gətirmək də bu yaş qrupunda olduqca vacibdir. Bu, komandada keyfiyyətin artmasına kömək edir. Məşqçi heyətinin işi də nəticəyə təsir edir. Qapıçı məşqçisi Elçin, köməkçi məşqçi Saşa, analitik Cəbrayıl, fiziki hazırlıq üzrə məşqçi Natiq, komandanın meneceri Namiq, Tofiq həkim, Elvin və Mirzə, hansı ki günbəgün bizimlə çalışıblar. Kameraman Şahin. Biz hamımız çox yaxşı münasibətlər qurduq, günbəgün çalışdıq ki, uşaqlar üçün təhlükəsiz, inkişaf edə biləcəkləri mühit formalaşdıraq. Təbii ki, futbolçular möhtəşəm iş gördülər. Biz özümüzü hədəfimizə, yeni şeylər öyrənməyə həsr elədik. Çempion ola biləcək keyfiyyət ortaya qoya bildik. Bu elə də asan deyildi.

- Mövsümün əvvəlində rəhbərlik tərəfindən sizdən çempionluq tələb olunmuşdu?
- Xeyr! Bəzi oyunçularımız əsas komandaya yüksəldi. Bu, başlıca hədəfimiz idi. Gənclər Liqasının qalibi olmaq doğru istiqamətdə olduğumuza dair bir işarə oldu. Bəzən qarşımızda psixoloji çətinliklər olur. Biz göstərdik ki, “Sabah” bu liqanın qalibi ola bilər.

- Çempionluq yolunda hansı çətinliklərlə qarşılaşdınız?
- Cari mövsümdə bu komanda çalışqanlığın nümunəsini göstərdi. Uşaq yaşlarında təməl seleksiyaları yaxşı idi. Yeniyetmə dövrlərində də normal işlər görüldü. Yeni oyunçular seçdik. Təəssüf ki, bəziləri getdi. Avropadakı akademiyalar kimi U19 səviyyəsinə çatanda əlavə seleksiya da apardıq. 2-3 oyunçu gətirdik.

- Ölkəmizdə uşaq futbolunun inkişafında müsbət və mənfi təsirlər nələrdir?
- Azərbaycandakı həm yaxşı, həm pis deyə biləcəyimiz məsələlərdən biri də, bəzi klubların uşaqlar üçün rahat mühit yaratmaqlarıdır. Futbolçular kiçik yaşlarından birlikdə oynayırlar. Həmin komandalarda seleksiya aparılmır. Bu, çox yaxşıdı, çünki uşaqların rahat mühiti olur. Amma oyunçunu inkişaf etdirmək üçün onu bəzən diskomfort mühitə salmalısan. Biz bu komanda üçün yaxşı iş gördük. Təhlükəsiz, çalışqan mühiti saxladıq. Amma eyni zamanda mütəmadi olaraq özünü göstərmək istəyən yeni oyunçular gətirdik. Bu yolla komandadaxili rəqabət yarandı. Bu, oyunçuların inkişafına töhfə verir.

- “Sabah”ın gənclərlə bağlı hansı planları var?
- Strategiyamızın vacib hissələrindən biri də fəri işdi. Bu mövsüm bunu inkişaf etdirdik. Xorvatiyadan mütəxəssis dəvət etdik. O, təcrübəsi və biliyi ilə oyunçularımızla fərdi olaraq işlədi. Yanvarda başladıq və bu, öz müsbət nəticəsini göstərdi. Həmçinin, databaza da yaratmışıq. Yeni mövsümdə bunu genişləndirməyi düşünürük.

İradə Hatəmi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13101
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8689
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6906
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6644
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5126
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4467
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4059
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3760
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3292
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2787
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332