AZ

İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır Şərtlər dəyişdi

Ölkə başçısı İlham Əliyev də bəyan etdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin artıq 12 km-lik hissəsi delimitasiya edilib. İki ölkə arasında sərhəd dirəkləri basdırılıb. Bu az qala yüz ildən sonra ilk dəfə baş verən tarixi bir prosesdir.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O qeyd edib ki, hər iki tərəf sülh istiqamətində ilk addımları atıb:

“Şanslar var ki, bu istiqamətdə inkişaf olsa, Ermənistan hakimiyyəti birmənalı mövqe sərgiləsə, yaxın müddətdə sülh sazişi imzalana bilər. Bununla da qarşılıqlı inamı gücləndirən digər işləri də görmək mümkündür. Kommunikasiyaların açılması, iki ölkə arasında müsbət addımların atılması başlıca prinsipdir”.

Partiya sədri hesab edir ki, Qazaxın 4 kəndinin təhvil verilməsi sülh istiqamətində müəyyən inkişafın olduğunu nümayiş etdirir:

“Kəndlərin təhvil verilməsi və sülh prosesinə qarşı Ermənistan daxilində olan revanşistlərlə yanaşı erməni diasporası də pozucu mövqe sərgiləyir. Məqsəd sülh prosesini pozmaqdır. Ermənistanda yaşayan ermənilər müharibələrdən yorulub. Erməni diasporasının, cinayətkar Qarabağ klanının niyyəti isə Ermənistanda olan ermənilərin istəklərindən fərqlidir”.

Asim Mollazadəyə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdır:

“Erməni diasporasının sülhə qarşı olduğunu beynəlxalq ictimaiyyət bilməlidir. Müharibələr, faciələr erməni diasporası üçün yaxşı qazanc mənbəyidir. Ona görə də diasporanın maraqları Ermənistandakı ermənilərdən tamamilə fərqlidir”.

Millət vəkili bildirib ki, Ermənistan qonşulara qarşı ərazi iddialarından hüquqi istiqamətdə əl çəksə, bu sülh prosesinə müsbət təsir edə bilər:

“Ermənistanın məhz bu addımlardan sonra regionda normal şəkildə yaşaması mümkün olar”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla