AZ

"Sabah" - "Səbail" oyununa nə qədər bilet satılıb?

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək. Günün yeganə oyunundan "Sabah" azarkeşləri önündə "Səbail"i qəbul edəcək. Bəs oyuna maraq nə dərəcədədir?

Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov "FutbolPress"ə açıqlamasında təxminən 1000 ədəd biletin satıldığını bildirdi.

Klub rəsmisi hazırda satışın davam etdiyini, oyun vaxtına qədər sayın artacağını dedi.

Qarşılaşma 18:00-da start götürəcək.

Məlik Məlikov
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla