AZ

RE: Qərb Türkmənistanda “ərəb baharı” hazırlayır - TƏFƏRRÜAT

“Qərb ölkələri digər Mərkəzi Asiya dövlətləri ilə müqayisədə Türkmənistandakı sakit vəziyyətdən narazıdırlar və ölkədəki vəziyyəti pozmağa çalışırlar”.

Ölkə.Az xəbər verir ki, bu barədə “Ritm of Eurasia” yazır. Amma Türkmənistan daxilində kütləvi xalq iğtişaşlarının keçirilməsi ehtimalı yoxdur. Və beləliklə, Qərb dövlətləri ölkədən kənarda mitinqlər təşkil etməyə başlayır.

Belə ki, Polşada “Postsovet dissidentlərinin Varşava Alyansı” qeyri-kommersiya təşkilatı yaradılıb və aprelin 27-də Varşavada Türkmənistan hökumətinə qarşı etiraz aksiyası elan edilib.

Varşavadakı aksiya 2020-ci ildə Türkmənistanın Lebap və Məryəm vilayətlərində baş vermiş fəlakətli qasırğanın dördüncü ildönümünə təsadüf edəcək. Etirazçılar “Türkmən hakimiyyətindən təbii fəlakətin nəticələri ilə bağlı hesabat tələb etmək niyyətindədirlər”.

"Türkmənistanın 2 ərazisində rayonlarında etiraz əhvali-ruhiyyəsini yaratmağa çalışılır: Əfqanıstan, İran və Özbəkistana yaxın yerləşən Lebap və Məryəm vilayətləri təklif edilib", - deyə məlumatda qeyd edilir.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla