AZ

Keynə 250 min mükafat

“Bavariya”nın futbolçusu Harri Keynin məhsuldarlığına görə alacağı mükafat bəlli olub.

İdman.biz xəbər verir ki, Almaniya klubu hücumçusuna 250 min avro ödəyəcək.

Buna münhenlilərlə forvard arasındakı müqaviləsinin şərti səbəb olub. Belə ki, Keynin mövsüm ərzində 40 qol vurması üçün 250 min mükafat nəzərdə tutulub. Keyn mövsümün 41 matçında 40 dəfə fərqlənib.

Qeyd edək ki, ingilis hücumçu 13 assistə də imza atıb.

İdman.biz

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla