AZ

“Barselona” iki futbolçu ilə yollarını ayırır

“Barselona” rəhbərliyi “Mançester Siti”dən icarəyə götürülmüş sağ cinah müdafiəçisi Joao Kanselonu və “Atletiko Madrid”dən icarəyə götürülmüş cinah yarımmüdafiəçisi Joao Feliksi artıq klubda saxlamayacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kataloniya klubu bu futbolçularla yalnız iqtisadi baxımdan məqsədəuyğun olarsa, müqavilə imzalayacaq.

Eyni zamanda, “Barselona”nın Feliksdən çox Kanselonu klubda saxlamaq istədiyi vurğulanır. Cinah hücumçusu Kataloniya klubunun baş məşqçisi Xavidə o qədər də təəssürat yaratmadığından o, 24 yaşlı futbolçunu əsas heyətdə yox, yalnız komandanın əlavə oyunçusu hesab edir.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla