AZ

Delimitasiya Ermənistanı çalxaladı: Hərbçilər saxlanıldı

Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz əlaməti olaraq İrəvan-Tbilisi yolunu bağlayan kütlə ilə polis arasında toqquşma olub.

Bakupost.az -ın "Ermənistan xəbərləri"nə istinadən məlumatına görə, nəticədə ehtiyatda olan polkovnik Qriqor Qriqoryan saxlanılıb.

Saxlanılarkən ona qarşı zorakılıq tətbiq edilib.

Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Tavuş vilayətində Azərbaycanla sərhədlərin delimitasiyası haqqında razılaşmaya etiraz edən sakinlərə qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunduğunu açıqlayıb.


Seçilən
65
Mənbələr
Şərh ()
Bağla