AZ

Hakimi təhqir etdiyi üçün ağır cəzalandı

Larci Ramazani gözlənilən aqibətlə üzləşib. “Almeriya”nın oyunçusu hakimi təhqir etdiyinə görə ağır cəza alıb.

23 yaşlı yarımmüdafiəçi La Liqanın 32-ci turunun “Villarreal” ilə oyununun son dəqiqələrində qısa müddətdə iki dəfə xəbərdarlıq alaraq meydandan qovulub. O, mübahisəli epizoddan sonra hakim Migel Anxel Ortis Aryası təhqir edib, onu “axmaq” adlandırıb. Buna görə La Liqanın Etika Komitəsi futbolçunu 5 oyunluq diskvalifikasiya edib və 2,4 min avro məbləğində cərimələyib.

Yerli mənbələr Ramazaninin yüngül cəza aldığını qeyd edir. Çünki reqlamentə əsasən, hakimi təhqir etməyə görə futbolçu 12 matça qədər diskvalifikasiya oluna bilər. Əlavə edək ki, Larci bu mövsüm İspaniya çempionatında ikinci dəfə meydandan qovulub. O, La Liqada 29 oyuna 3 qol vurub.

Seçilən
145
50
Mənbələr
Şərh ()
Bağla