AZ

“Arda Gülər gələn mövsüm “Real”da qalacaq” - Karlo Ançelotti

La Liqanın 33-cü turunda “Real Sosyedad”a qarşı oyun “Real”ın türk hücumameylli yarımmüdafiəçisi Arda Gülər üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda ilk dəfə “Real”ın əsas heyətində meydana çıxmış Gülər, “qaymaqlılar”ın yeganə – qələbə qoluna imza atıb.

Bu münasibətlə “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti Gülər haqda fikrini bildirib:

“Arda gələcəkdə bizim üçün çox vacib oyunçu olacaq və onun gələn il də burada qalacağına şübhə yoxdur. Məşqdə çox yaxşı çıxış etdiyi üçün oynamağa daha erkən başlaya bilərdi. O, çox gəncdir, amma bu komandadakı rolunun nə olduğunu yavaş-yavaş öyrənir. O, oyunadığı oyunlardan daha çox qol vurub. Bu, onun vergisidir”, – “Mundo Deportivo” nəşri Ançelottidən sitat gətirir.

Arda Gülər Türkiyənin “Gənclərbirliyi” klubunun yetirməsidir. O, 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Gülər cari mövsümdə “qaymaqlılar”ın heyətində 8 oyuna çıxıb, 2 qol vurub.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023 mövsümü Türkiyə Kuboku, “Real”la 2022/2023 mövsümü İspaniya Super Kuboku var.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı türk futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla