AZ

“Lester Siti” ötən mövsüm tərk etdiyi Premyer Liqaya qayıtdı

Futbol üzrə İngiltərə Çempionşipində mübarizə aparan “Lester Siti” klubu növbəti mövsüm yenidən Premyer Liqada mübarizə aparacaq.

Arena.az xəbər verir ki, bu, ötən gecə KPR – “Lids” görüşündən sonra dəqiqləşib.

Belə ki, Çempionşipin 45-ci turunda KPR “Lids”i 4:0 hesabı ilə məğlub etdikdən sonra Lester klubunun yarışı ilk iki pillədən birində başa vuracağı rəsmiləşib.

Beləliklə “Lester Siti” ötən mövsüm tərk etdiyi Premyer Liqanın gələn mövsümündə iştirak hüququ əldə edib.

Xatırladaq ki, yarışın 46 turundan sonra Çempionşipin ilk iki yeri Premyer Liqaya birbaşa çıxışı təmin edir. 3-6-cı yerləri tutmuş komandalar isə yarımfinal mərhələsindən başlayacaq ələmə oyunlarında iştirak etməklə, İngiltərə Premyer Liqasında daha bir yer uğrunda mübarizə aparacaqlar.

Çempionşipdə keçirdiyi 44 oyundan sonra “Lester Siti” 94 xal toplayıb və yarış cədvəlinin zirvəsində qərarlaşıb. 45 oyundan 90 xal toplamış və acı məğlubiyyətlə Premyer Liqaya erkən çıxışı əldən vermiş “Lids” isə 2-ci yerdədir. İlk üçlüyü 43 oyundan 89 xalı olan “İpsviç Taun” tamamlayır.

Beləliklə, Lester klubu qalan iki oyunda məğlub olsa, “İpsviç Taun” isə son üç oyunun hər üçündə qalib gəlsə belə, “tülkülər” ikinci yerdən aşağı enməyəcəklər.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla