AZ

“Barsa” futbolçusunu 200 milyon avroya satmayacaq

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki,futbol agenti Jorje Mendeş PSJ rəhbərliyi ilə görüşüb və “Barselona”nın futbolçusu Lamin Yamalın potensial transferini müzakirə edib.

Mendeş parislilərə açıq şəkildə bildirib ki, “Barsa” futbolçusunu 200 milyon avroya satmayacaq.

“Barselona” Laminə güvənir və onu satmaq fikrində deyil. PSJ Yamalı yayda “Real”a keçəcək Kilian Mbappenin əvəzləyicisi kimi görür.

İspaniyalı vinger bu mövsüm 44 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla