AZ

Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir

Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov 24 aprel 2024-cü ildə Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər müddətində Qırğızıstan Prezidenti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir sıra görüşləri olmuşdur. Belə ki, aprelin 24-də cənab İlham Əliyev və cənab Sadır Japarov görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda abidəsinin açılış mərasimində iştirak ediblər. Azərbaycan Prezidenti çıxışında bildirib ki, Qırğızıstan və Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Bu gün Azərbaycanda onu sevirlər, fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə hörmət edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirmişdir: “Əlamətdar haldır ki, abidə  Qırğızıstan Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, o cümlədə humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışıqlar apardıq. Bildiyimiz kimi, bu günlərdə Bakıda Qırğızıstan Mədəniyyət Günləri keçirilir və rəmzi haldır ki, məhz belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün bu tədbirdə iştirak edirik”.

Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov çıxışında Qırğızıstan adından ölkəsinə və Çingiz Aytmatova olan hörmətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  təşəkkürünü bildirdi.

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov Füzuli rayonunda səfərdə olmuşlar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov cənab Sadır Japarova işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verdi. Qeyd edildi ki, tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların  xarabalıqları olduğu kimi qorunub saxlanılacaqdır. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaqdır.

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov Ağdamda Şahbulaq qalasına gediblər. Dövlət başçılarına qalanın bərpası işləri barədə məlumat verildi. Ağdam Konfrans Mərkəzi ilə, Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bərpadan sonra Ağdam Cümə məscidinin açılışında, Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

 Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Seçilən
142
Mənbələr
Şərh ()
Bağla