AZ

Super Liqa: “Fənərbaxça” “Beşiktaş”a qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Kasımpaşa” doğma meydanda “Samsunspor”u, “Sivasspor” isə “Konyaspor”u minimal hesabla məğlub edib.

Azərbaycanlı hücumçu Renat Dadaşovun komandası “Hatayspor” da bu turda “Başakşəhər”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda İstanbul təmsilçisi qələbə qazanıb. Hataylıların yeganə qolunu 64-cü dəqiqədə meydana buraxılmış yığmamızın hücumçusu vurub. O, 73-cü dəqiqədə fərqlənib.

Günün və turun ən maraqlı qarşılaşmasında isə İstanbul nəhəngləri – “Fənərbaxça” və “Beşiktaş” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.

34-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
34-cü tur

26 aprel

Adana Dəmirspor – Qalatasaray 0:3
Qollar: H.Ziyeş, 53. K.Demirbay, 64. M.İkardi, 90+1.

27 aprel

Kasımpaşa – Samsunspor 1:0
Qol: A.Kara, 3.

Sivasspor – Konyaspor 1:0
Qol: Manay, 86.

Fənərbaxça – Beşiktaş 2:1
Qollar: Batşuayi, 30. İ.C.Kahveci, 69 – C.Tosun, 82.

Hatayspor – Başakşəhər 1:2
Qollar: Renat Dadaşov, 73 – K.Pyontek, 5. O.Kemen, 69.

28 aprel

17:00. Alanyaspor – İstanbulspor
17:00. Pendikspor – Kayserispor
20:00. Rizəspor – Ankaragücü
20:00. Trabzonspor – Qaziantep

29 aprel

21:00. Fatih Karagümrük – Antalyaspor

Seçilən
100
2
Mənbələr
Şərh ()
Bağla